“Azərbaycanla oyun bir sıra problemləri üzə çıxardı” – MÜSAHİBƏ
08.01.2014 - 16:11
1996-cı il təvəllüdədək futbolçulardan ibarət Yaponiya milli komandasının baş məşqçisi Atsuşi Uçiyama Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirin III turunun Azərbaycanla oyunundan sonra müsahibə verib. Apasport.az saytının məlumatına görə, asiyalı mütəxəssis 4:1 hesablı qələbəyə şərh verib.
- Oyun haqda fikirlərinizi açıqlayardınız?
– Oyuna çox yüksək səviyyədə köklənmişdik. Lakin matç millimizdə bir sıra problemləri üzə çıxardı. Birinci hissədə yaxşı oynasaq da, fasilədən sonra ötürmələrdə dəqiqlik, düşünmə sürəti və hərəkətlilik azaldı.
– Saat qurşağına uyğunlaşmanın özünü göstərə bilər?
– Burada problem yaşamadığımızı əvvəl də demişəm. Nə uyğunlaşma, nə də məişətlə bağlı çətinliyimiz var. İşləmək üçün hər cür şərait var. Lakin futbolçular səhvlər edir, biz öyrənirik.
– Komandanız və məşqçilər korpusunuz yüksək nizam-intizamı ilə seçilir. Həmişə belə sakitsiniz?
- Bu bizi fərqləndirən əsas xüsusiyyətdir. Komandanın tərbiyəsinə və intizamın olmasına çox diqqət ayırırıq.
– Bu gün tribunalarda azarkeşləriniz də var idi. Dəstəyi hiss edirdiz, yoxsa tamamilə oyuna köklənmişdiz?
– Onları hiss etməmək mümkün deyildi. Lakin oyunçularımız azarkeşləri görüncə, doğma dilimizdə şüarları eşidincə müsbət mənada təəccübləndi. Buna görə də final fitindən sonra bütün tribunalara yaxınlaşıb dəstək üçün azarkeşlərə təşəkkür etdi.
- Qrup qalibi kimi pley-offa yüksəldiniz. Orada kiminlə qarşılaşmaq istəyərdiniz?
- Var. Biz güclü komandalarla görüşmək istəyirdik.

0
0