Millimiz qrup sonuncusu oldu
08.01.2014 - 16:36
Millimiz qrup sonuncusu oldu
Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI turnirdə C qrupunda mübarizəyə yekun vurulub. Apasport.az saytının məlumatına görə, 1996-cı il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının yer aldığı qrupun son matçında Çexiya ilə Yunanıstan milliləri görüşüb.

Bu qarşılaşmada 2:1 hesabı ilə qalib gələn Ellada təmsilçisi qrupda 2-ci pilləni tutub. Çexiya yığmasının xal itkisi Azərbaycan millisini qrup sonuncusu edib. Hərçənd onların 4 top fərqilə qalib gəlməsi komandamızı 3-cü edəcəkdi.

C qrupu
8 yanvar


Çexiya – Yunanıstan – 1:2

Yaponiya
3
3
0
0
8-2
9
Yunanıstan
3
1
1
1
3-3
4
Çexiya
3
1
0
2
4-5
3
AZƏRBAYCAN
3
0
1
2
2-7
1