Nazim Süleymanov “5” aldı
08.01.2014 - 16:40
“Neftçi”nin baş məşqçi postundan istefa verən Nazim Süleymanov bu postda cəmi 9 oyun duruş gətirib. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” onun rəhbərliyi altında 5 qələbə qazanıb, 1 heç-heçə edib və 3 dəfə məğlub olub. Süleymanovu 14 qolla sevindirən “Neftçi” 12 top buraxıb.
Bu oyunlardan 8-i Topaz Premyer Liqasına təsadüf edib. Çempionatda 4 qələbə, 1 heç-heçə və 3 məğlubiyyət görən çalışdırıcının rəhbərliyi altında “Neftçi” 13 top vurub və 12-ni buraxıb. Kubokdakı yeganə matçda isə “Neftçi” 1:0 hesabına sevinib.

0
0