Liderləri “Qarabağ”ın hazırlığına qatılmadı, Qurban Qurbanov “Xəzər Lənkəran”a üz tutdu
08.01.2014 - 17:34
Liderləri “Qarabağ”ın hazırlığına qatılmadı, Qurban Qurbanov “Xəzər Lənkəran”a üz tutdu
“Qarabağ” Türkiyədə bu gün məşqlərə start verib. Apasport.az saytının xəbərinə görə, Ağdam təmsilçisi məskunlaşdığı “İC Santai” otelinin meydançasında məşqə yerli vaxtla saat 11:00-dı çıxıb.

Məşqə başlamamışdan öncə baş məşqçi Qurban Qurbanov futbolçularla qısaca söhbət edib, hazırlıq dönəmində yaxşı çalışmağın vacibliyini vurğulayıb.

Ardınca təxminən 90 dəqiqəlik məşq başlayıb. “Qarabağ”ın texniki heyəti futbolçuları çox yükləməyib. Kollektiv məşqdə əməliyyat sonrası bərpa prosesi keçən Rəşad Sadıqov və braziliyalı legionerlər – Almeyda, Çumbinyo və Reynaldo iştirak etməyib.

Məşq zamanı Qurbanov yanaşı meydançada hazırlıq keçən “Xəzər Lənkəran”ın məşqini də izləyib.