“Qəbələ”nin futbolçusu ən yaxşı seçildi - FOTOLAR
08.01.2014 - 18:03
“Qəbələ”nin futbolçusu ən yaxşı seçildi - FOTOLAR
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirin Yaponiya – Azərbaycan oyununun ən yaxşı oyunçuları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Uzaq gündoğar ölkə təmsilçisinin heyətində ən yaxşı oyunçu adına Akito Takati layiq görülüb.

“Qamba”nın hücumçusu 61 dəqiqə meydanda olsa da, 22 və 24-cü dəqiqələrdə qol vurmaqla dubl müəllifi olmuşdu. Millimizin heyətində isə ən yaxşı “Qəbələ”nin futbolçusu Bəhlul Mustafazadə olub. Bundan başqa, Masaomi Nakano da xüsusi mükafat alıb.

Qeyd edək ki, millimiz Yaponiyaya 1:4 hesabı ilə məğlub olub.