“Yunis Hüseynov “Kəpəz”i çalışdırmağa razı olmaz”
08.01.2014 - 18:11
“Azər Məmmədov hələ I dövrənin son oyunundan sonra baş məşqçi postunu tərk etməyə hazır olduğunu söyləmişdi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Kəpəz” klubunun prezidenti Mehman Allahverdiyev deyib.
Çalışdırıcı qismində “Kəpəz”lə uğurlara imza atan Allahverdiyev komandada mümkünü baş məşqçi dəyişikliyi məsələsinə aydınlıq gətirib. O, hələlik yekun qərar qəbul etmədiklərini söyləyib: “Baş məşqçi məsələsinə 2-3 günə aydınlıq gələcək. Ola bilər ki, Azər Məmmədov işini davam etdirsin. Vidadi Rzayevin yenidən bu postu tutması da mümkündür. Yunis Hüseynova gəlincə, inanmıram ki, o cür kateqoriyalı məşqçi “Kəpəz”i çalışdırmağa razı olsun. Bir neçə variantımız var, görək necə olur”.
Qeyd edək ki, “Kəpəz” cari mövsümə Vidadi Rzayevin rəhbərliyi altında başlayıb. Lakin 46 yaşlı mütəxəssis uğursuz nəticələr səbəbi ilə X turda istefa verib. Son 5 turda isə komandanı meydana Azər Məmmədov çıxarıb. Ancaq o, baş məşqçi postuna müvəqqəti təyin olunmuşdu.

0
0