Honda: Kaka və Balotelli mənə çox şey öyrədəcək
08.01.2014 - 21:22
Məşhur yaponiyalı futbolçu Keysuke Honda yeni klubu “Milan”la bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, İtaliya mətbuatına danışan 27 yaşlı yarımmüdafiəçi “qırmızı-qaralı” klubda çıxış edəcəyi üçün xoşbəxt olduğunu deyib:
“İlk hisslərimlə bağlı onu deyə bilərəm ki, mən burada xoşbəxtəm. Çalışacağam ki, meydanda özümü yaxşı tərəfdən göstərim. İstənilən mövqedə oynaya bilərəm, amma mən oyun qurucuyam. “Milan”la çempion olmaq və Çempionlar Liqasında uğur qazanmaq istəyirəm. Mən uşaq vaxtlarımdan “Milan” azarkeşiyəm və klubun bütün matçlarını izləyirdim. Hesab edirəm ki, burada Kaka və Balotelli mənə çox şey öyrədəcək”.
Qeyd edək ki, ötən ilin sonu Rusiya MOİK-i ilə müqaviləsi başa çatan Honda azad agent olaraq İtaliya təmsilçisinə keçib.

0
0