Rail Məlikov: Fiziki olaraq özümü formada hiss edirəm
08.01.2014 - 22:01
Rail Məlikov: Fiziki olaraq özümü formada hiss edirəm
"Antalya toplanışının başından bəri komanda ilə məşqlərə qatılıram. Amma hələ ki, topsuz məşq edirəm. Həkim və məşqçilərin nəzarəti altında çalışıram. Günün ikinci yarısında əsasən fitnes salonunda məşq edirəm". Apasport.az-ın məlumatına görə bu sözləri uzun fasilədən sonra yenidən komanda ilə məşqlərə başlayan “Qəbələ”nin futbolçusu Rail Məlikov klub saytına açıqlamasında deyib.

3 aydan artıq yaşıl meydanlardan uzaq düşən təcrübəli müdafiəçi özünü hazırda fiziki olaraq formada hiss etdiyini söyləyib. Rail futbol üçün darıxdığını deməyi də unutmayıb: "Fiziki olaraq özümü formada hiss edirəm. Amma toplu çalışmalar üçün əməliyyatın üzərindən ən az 4 ay keçməlidir. Yəqin ki, 10 gün sonra toplu məşqlərə başlayacağam. Futbol üçün çox darıxmışam. İnanıram ki, tez bir zamanda istədiyim formanı yığıb komandama kömək edəcəyəm".