Vurğun Hüseynov: Bizdə əvəzolunmaz futbolçu yoxdu - MÜSAHİBƏ
09.01.2014 - 00:02
“Sumqayıt” klubunun müdafiəçisi Vurğun Hüseynovun apasport.az saytına müsahibəsi
- Cərrahiyyə əməliyyatından sonra özünüzü necə hiss edirsiniz?
- Bu qədər tez sağalacağımı gözləmirdim. Ötən ilin sonlarında əməliyyat olundum. 20 dəqiqəlik əməliyyatı Mehmet Binnət həyata keçirib. Həkimin dediyinə görə, ona vaxtında müraciət etmişəm. Bir həftədən sonra məşqlərə başlaya biləcəyimi söylədi. Təxminən bir həftədir ki, məşq edirəm.
- Hansısa ağrınız varmı?
- Hər şey qaydasındadır. Ayağımda tikiş var. Onu sabah (bu gün) sökdürəcəm. Topla da məşq etdim, heç bir ağrı hiss etmədim. Amma əməliyyatdan sonra qorxurdum ki, ağrılarım olacaq. Şükür heç nə olmadı.
- Fərdi məşq edirsinizmi?
- Bəli, hələ ki, fərdi çalışmalar edirəm. Ancaq yaxın 2-3 gündən sonra kollektiv məşqlərə qoşulacağam.
- Bəs Binnətlə əlaqə saxlamısınızmı?
- Türkiyədəki həkimlə danışmamışam. Klubun həkimi baxıb, məşq edə biləcəyimi deyib. Millinin fizioterapevti də bizim klubda çalışır. Onun nəzarəti altında hazırlıq keçirəm.
- Komandanın hazırlığı haqda nə deyə bilərsiniz? Ab-hava necədir?
- Komanda tam yığılıb və bərpa məşqlərinə başlayıb. Baxışa gələn futbolçular var. Aralarında I dəstədə oynayanlar, eləcə də Dağıstandan dəvət edilənlər var. Komanda yanvarın 12-dən təlim-məşq toplanışına yığışacaq. Düşünürəm ki, yaxşı hazırlıq keçsək, heyətimizi komplektləşdirə bilsək, autsayder mövqeyindən çıxa bilərik.
- Baxışa gələnlər arasında Premyer Liqada oynamış futbolçular varmı?
- Rəhman Musayev, Şəhriyar Xəlilov hazırda bizimlə məşq edir. Səhv etmirəmsə, Rəhmanla müqavilə imzalanacaq. Əksəriyyəti yerli uşaqlardır.
- Komandadan ayrılanlar çox oldu. Əksəriyyəti də əsas heyətin üzvləri idi. Bu, onsuz da zəif təsir bağışlayan komandanı bir qədər də zəiflətməyəcək?
- Düzdür, çox futbolçu ayrıldı. Hansı ki, onlar xeyli vaxt idi “Sumqayıt”ın formasını geyinirdilər və komandaya uyğunlaşmış, xeyir verən uşaqlar idilər. Bu da faktdır ki, əvəzolunmaz futbolçu yoxdur. Gedənlərin yerini doldurmaq mümkün olacaq.
- Razıyam, əvəzedilməz futbolçu yoxdur. Lakin gedənlər “Sumqayıt”a lazımlı futbolçular idi...
- Onlar bizim üçün güclü oyunçular idi. Ancaq belə alındı. Rəhbərlik gedənlərin yerini dolduracaq. Bu artıq mənim yox, baş məşqçi və rəhbərliyin işidir.
- Sizin də “Sumqayıt”dan ayrılmaq ehtimalınız var idi. Başqa kluba keçidiniz niyə baş tutmadı?
- “İnter”ə keçmək variantım var idi. Bu komanda xidmətimdə maraqlı olduğunu bildirmişdi. Təklif aldıqdan sonra “Sumqayıt”ın prezidenti Kamran Quliyevlə söhbətləşdik. O, komandada qalmağımı istədi. Dedi ki, qal, qarşıdakı 6 ayda komandaya xeyir ver, yayda söhbət edərik.
- “Sumqayıt”la müqaviləniz nə vaxta qədərdir?
- 2014-cü ilin yayına qədər.
- Deməli, yayda başqa kluba keçməyi düşünürsünüz?
- Hər şey özümdən asılıdır. Əgər formamı bərpa edə bilsəm və təkliflər olsa, rəhbərliklə danışacam. Bu haqda indidən danışmaq tezdir.

0
0