“Barselona”nın forvardı “Roma”ya keçdi
08.01.2014 - 22:58
“Barselona”nın forvardı “Roma”ya keçdi
“Roma” “Barselona”nın gənc futbolçusu Antonio Sanabriyanı heyətinə qatıb. Apasport.az saytının məlumatına görə, bu barədə “La Gazzetta Dello Sport” xəbər yayıb.

Belə ki, 17 yaşlı hücumçu cari mövsümün sonuna qədər İtaliya təmsilçisində icarə əsasında çıxış edəcək. Paytaxt klubu bu keçid üçün kataloniyalılara 3 milyon avro ödəyəcək.

Qeyd edək ki, Paraqvay millisinin də üzvü olan Sanabriya “Barselona”nın əvəzedici komandasında çıxış edirdi.