Millimizin növbəti rəqibi bəlli oldu
08.01.2014 - 23:11
Millimizin növbəti rəqibi bəlli oldu
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI beynəlxalq turnirdə 1996-97-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş Azərbaycan yığmasının növbəti rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmamız yanvarın 9-da, saat 14:15-də Latviya komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, bu cütün qalibi turniri 13-cü yerdə başa vurmaq uğrunda oyunda iştirak edəcək. Məğlub komanda son oyunda 15-ci yer uğrunda mübarizə aparacaq.

Mənbə: affa.az