“Real” yarımmüdafiəçisi ilə müqaviləni yenilədi - FOTO
09.01.2014 - 00:33
“Real” yarımmüdafiəçisi ilə müqaviləni yenilədi - FOTO
“Real” təcrübəli futbolçusu Xabi Alonso ilə müqaviləni yeniləyib. Apasport.az-ın xəbərinə görə, bu barədə klub saytı məlumat yayıb.

Belə ki, Madrid təmsilçisi 32 yaşlı yarımmüdafiəçinin cari mövsümün sonunda başa çatacaq müqaviləsini 2016-cı ilin iyununadək uzadıb.

Qeyd edək ki, ispaniyalı futbolçu 2009-cu ildə İngiltərənin “Liverpul” klubundan “Real”a transfer olunub.