Türk klubu futbolçumuzla rəsmən yolları ayırdı
09.01.2014 - 01:38
Türk klubu futbolçumuzla rəsmən yolları ayırdı
Türkiyə təmsilçisi “Tavşanlı Linyitspor” millimizin sabiq üzvü Usim Nduka ilə yolları ayırıb. Apasport.az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Belə ki, 1-ci dəstə təmsilçisi nigeriyalı müdafiəçi ilə müqaviləni qarşılıqlı olaraq ləğv edib.

Qeyd edək ki, Nduka türk klubu ilə ötən ilin iyul ayında müqavilə bağlamışdı.