Təbriz klubundakı baş məşqçi dəyişikliyi və kütləvi həbslər
09.01.2014 - 06:24
Təbrizin “Traktorsazi” futbol klubunun 25 nəfər azarkeşi tutulub. Lent.az-ın Güney Azərbaycanyönlü informasiya vasitələrinə istinadən məlumatına görə, kütləvi həbslər komandanın baş məşqçi postundakı dəyişiklikdən sonra baş verib.
Belə ki, Təbriz təmsilçisində Toni Oliveyra baş məşqçi vəzifəsindən azad edilib, yerinə Məcid Cəlali gətirilib. Cəlali İran İnqilab Keşikçiləri Qvradiyasına yaxın şəxs kimi tanınır. Bundan başqa etirazçılar onu «uğursuz məşqçi» adlandırırlar.
Azarkeşlər klub rəhbərinin və yeni çalışdırıcının mobil telefon nömrələrini ictimaiyyət arasında yayaraq, vətəndaşları bu telefonlara ismarıc göndərib, yeni təyinata etiraz bildirməyə çağırıblar. Həbslər də buna görə həyata keçirilib. Tutulanların 19-u Təbrizdən, 6-sı isə Urmiyadandır. Onların saxlandığı yer hələ ki bilinmir.
Müşahidəçilər hesab edir ki, Tehran hakimiyyəti M.Cəlaini “Traktorsazi”yə başçı təyin etməklə komandanı və onun tərəfdarlarını qvardiyanın nəzarətində saxlamağa cəhd göstərir.

0
0