Millimiz qalib gəldi
09.01.2014 - 16:15
Millimiz qalib gəldi
Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI turnirdə 1996-cı il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, qrup sonuncusu olduğu üçün 13-16-cı yerlər uğrunda mübarizə aparan yığmamız Latviya ilə qarşılaşıb.

Matçda hesabı Baltikyanı ölkə təmsilçisi açsa da, bərabərlik qoluna sevinən yığmamız qarşılaşmanı penaltilər seriyasına daşıyıb. Burada yığmamızın qapıçısının inamlı çıxışı komandamızın qələbəsi ilə nəticələnib – 3:0.

Qeyd edək ki, komandamız qrup mərhələsinin ilk matçında Yunanıstanla sülh bağlasa da (1:1), sonradan Çexiya (0:2) və Yaponiyaya (1:4) məğlub olmuşdu.


9 yanvar
Azərbaycan - Latviya - 1:1 (3:0 pen.)
Qollar: Bəhlul Mustafazadə, 76 - Andris Kruşatins, 16