Özkara “Dənizlispor”a keçir, Yunisoğlu ayrılır
09.01.2014 - 10:04
“Xəzər Lənkəran”ın sabiq futbolçusu İbrahima Banqura və digər oyunçularına olan borcu üzündən transfer qadağası qoyulan “Dənizlispor” bu problemi aradan qaldırmaq üzrədir. Apasport.az saytının məlumatına görə, Dənizlidən olan İqtisadiyyat naziri, millət vəkilləri, icra başçısı, bələdiyyə başqanı və şəhər polis idarəsinin rəisinin köməkliyi ilə 500 min lirəlik borc ödəniləcək.
Bundan sonra “Dənizlispor”dan transfer qadağası götürüləcək. Artıq “Dənizlispor” transfer üçün bəzi fəaliyyətlərə başlayıb. Belə ki, I dəstə təmsilçisi Superliqa klubu olan “Sivasspor”dan 3 futbolçunu mövsümün sonuna kimi icarəyə götürəcək. Bu futbolçular arasında milli komandamızın hücumçusu Cihan Özkara da var. Bununla bağlı tərəflər artıq razılığa gəlib və bu 3 futbolçu Dənizliyə dəvət olunub.
Komandadan ayrılacaq futbolçular da təxminən bəllidir. “Əskişəhərspor”dan stopper Mahmut Bozun icarəyə götürülməsi ilə yanaşı, “Dənizlispor” müdafiənin mərkəzinə daha bir futbolçu axtarır. Ona görə də klub mərkəz müdafiəçiləri olan millimizin sabiq futbolçusu Saşa Yunisoğlu və xorvatiyalı Dayan Şimatsdan özlərinə klub axtarmağı tapşırıb.
Qeyd edək ki, Cihan Özkara artıq Türkiyənin I dəstəsində oynamaq təcrübəsinə malikdir. Belə ki, o, ötən mövsümün ilk yarısında “Ərciyəsspor”da icarə əsasında çıxış etmişdi. 8 oyunda qol vura bilmədikdən sonra Özkara qış fasiləsində yenidən “Sivasspor”a qayıtmışdı.

0
0