“Azərbaycanda çalışmaq Türkiyə qədər çox şey verməz”
09.01.2014 - 10:17
“Azərbaycan və Qətərdə çalışmaq təklifi almışdım. Məni bu ölkələrə çağırırdılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri türkiyəli məşqçi Yılmaz Vural deyib.
Bir müddət əvvəl ölkəmizdə qonaq olan çalışdırıcı Azərbaycan komandalarından birində çalışmaq təklifindən imtina edib. Vural bunu vətənindən kənarda yalnız İtaliya, İspaniya, İngiltərə, Almaniya və Fransada məşqçilik karyerasını davam etdirmək istəməsi ilə izah edib: “Amma bu ölkələrin heç biri mənə öz vətənim Türkiyə qədər çox şey verməz. Əgər Avropanın “Böyük beşlik” ölkələrindən təklif gəlsəydi, türk məşqçilik məktəbi naminə ora yollanardım. Həmin ölkələr futbol sahəsində tam peşəkarlaşıb və yüksək səviyyədədirlər. Ən son təklif isə İngiltərədən olmuşdu”.
Qeyd edək ki, Vural ötən ilin sonlarında İngiltərə Premyer Liqasında çıxış edən “Kardiff Siti” klubunun baş məşqçisi postuna namizədlər sırasına düşmüşdü.

0
0