“Qəbələ”nin afrikalı futbolçusu toplu çalışmalara start verdi
09.01.2014 - 11:13
“Qəbələ”nin afrikalı futbolçusu toplu çalışmalara start verdi
“Qəbələ”nin uzun müddətdir ki, zədəli olan müdafiəçiləri Rail Məlikovla Umar Kalaban məşqlərdə iştirak edir. Apasport.az saytının məlumatına görə, komandanın həkim-fizioterapevti Rahim Məhərrəmovun klubun rəsmi saytına verdiyi açıqlamaya görə, tam gücü ilə hazırlaşan qvineyalı mərkəz müdafiəçisindən fərqli, Məlikov hələ ki, fərdi proqram üzrə çalışır.

Belə ki, Railin İstanbulda son müayinəsi əla nəticələr verib. Əzələ bağlarından biri qopan müdafiəçi Ürfan Abbasov da tam sağalaraq komandanın hazırlığında iştirak edir. Digər gənc müdafiəçi Sadiq Quliyev isə əməliyyatdan sonra bərpa prosesi keçir. O, Antalya hazırlığının 2-ci mərhələsində komanda məşqlərinə qoşulacaq.

“Qəbələ”nin braziliyalı qapıçısı Dieqo Koşta Silva isə əməliyyatdan sonra vətənində bərpa prosesi keçir. Dieqonun komandaya Azərbaycanda qoşulacağı gözlənilir.