İkinci cəhd
09.01.2014 - 12:23
 İkinci cəhd
Bu gün təqvimi açıqlanan Egey kubokundakı çıxış Azərbaycan milli komandasının bu yarışda 2-ci cəhdi olacaq. Apasport.az saytının məlumatına görə, 1999-cu ildən start götürən U-16-lar arasında beynəlxalq turnirdə debütümüz 6 il əvvəl baş tutub.

2008-ci ildə millimiz ilk qarşılaşmada 3:0 hesablı texniki qələbə əldə etmişdi. Buna Muğlada qəzaya uğrayan Fransa yığmasının yarışa qatılmaqdan imtinası səbəb olmuşdu. Ardınca Belçikaya 1:3 hesabı ilə uduzan və Ukraynanı 2:1 hesabı ilə məğlub edən komandamız 3-cü yer uğrunda oynamaq hüququ qazanmışı. Həmin görüşdə Çexiyaya 1:2 hesabı ilə uduzan millimiz sonda 4-cü olmuşdu. Maraqlıdır ki, qəzadan sonrakı ildən başlayaraq fransalılar kubokun dəyişməz qalibidir. Son 5 ildə kuboku Fransaya aparan qonaqlar ardıcıl 4 dəfə meydan sahiblərini udub.

Qeyd edək ki, yubiley – 15-ci Egey kuboku əvvəllər başqa ad altında keçirilib. İlk 3 yarış Bora Qztürk turniri adlanıb.