Fərid Quliyev Türkiyədə ən az oynayanlar arasında ilk “3-lük”də
09.01.2014 - 12:45
Fərid Quliyev Türkiyədə ən az oynayanlar arasında ilk “3-lük”də
Cari mövsüm Türkiyənin I dəstəsində çıxış edən əcnəbi oyunçuların statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, ilk dövrədə 19 komanda 444 oyunçudan 66 Türkiyə vətəndaşlığı olmayan futbolçunun xidmətindən yararlanıb.

29 əcnəbi futbolçunun oynadığı çempionatda ən çox (11) Nigeriya vətəndaşlığı olan futbolçu çıxış edib. “Ankaraspor”, “Dənizlispor”, “İstanbul BB” və “Orduspor” ən çox (5) legionerdən yararlanan klubdur. Bunlardan “Dənizlispor”da 2, “Orduspor”da isə 1 futbolçu Azərbaycan vətəndaşı kimi çıxış edib.

“Karşıyaka”nın çexiyalı qapıçısı David Biçik ən çox meydanda olan əcnəbidir. O, 18 oyunda əvəzolunmaz olub (1620 dəqiqə). Ən az oynayanlar arasında isə ilk “3-lüy”ü Fərid Quliyev tamamlayır. Çempionatda fasilə yaranmamış “Kahramanmaraşspor”u tərk edən millimizin sabiq hücumçusu cəmi 29 dəqiqə meydanda olub.

Üzücü haldır ki, əcnəbilərdən heç şans verilməyən 2 futbolçu varsa, bunlar da Davud Kərimi və Azərbaycan pasportu altında oynayan Andrey Popoviçdir. Azərbaycanlı və ukraynalı qapıçılara çempionatın autsayderlərindən olan “Fəthiyəspor” və “Tavşanlı Linyitspor”un çempionat oyunlarında bir dəfə də olsun şans verilməyib.

Çempionatda ən çox qol vuran futbolçu isə “Manisaspor”un serbiyalı hücumçusu Slavko Peroviçdir. “Srvena Zvezda”nın sabiq futbolçusu 17 oyuna 13 qol vurub. Azərbaycan pasportu ilə Türkiyədə legioner sayılmayan Branimir Subaşiç yeganə təmsilçimizdir ki, qol vurub. Ancaq “Srvena Zvezda”nın digər sabiq hücumçusunun vurduğu 3 qol da onun heç ilk “5-liy”ə düşməsinə səbəb olmayıb.

Klub
Futbolçu
Oyun
Dəqiqə
Sarı vərəqə
Qırmızı vərəqə
Qol
Kahramanmaraşspor
Fərid Quliyev
3
29
0
0
0
Orduspor
Branimir Subaşiç
15
1160
3
0
3
Dənizlispor
Arif İsayev
5
242
0
0
0
Dənizlispor
Saşa Yunisoğlu
14
1260
2
0
0
Tavşanlı Linyitspor
Nduka Usim
13
1130
5
0
0