“İnter” ilk oyununu Hollandiya klubuna qarşı keçirəcək
09.01.2014 - 13:12
“İnter” ilk oyununu Hollandiya klubuna qarşı keçirəcək
Türkiyədə təlim-məşq toplanışında olan "İnter"in yoxlama oyunları çərçivəsində qarşılaşacağı rəqiblərdən daha biri müəyyənləşib. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “bankirlər” yanvarın 11-də Hollandiyanın NWC klubuyla üz-üzə gələcəyi gözlənilir.

Hollandiyanın həvəskar dəstəsi sayılan II divizion klubu Asten şəhərciyini təmsil edir. İlk matçda zəif rəqibin seçilməsi baş məşqçi Kaxaber Sxadadzenin istəyinə görədir. Bu komanda ilə matç yerli vaxtla saat 16:00-da baş tutacaq. Oyun “İnter”in məskunlaşdığı “Titanic Deluxe” otelinin stadionunda keçiriləcək.

Qeyd edək ki, “İnter” yanvarın 15-də “Holştayn”, 18-də “İrtış” və 25-də “Arminiya” olacaq. Yalnız yanvarın 22-dəki rəqibin adına aydınlıq gəlməyib.