“Anji” azərbaycanlı futbolçu alır
09.01.2014 - 15:45
“Anji” azərbaycanlı futbolçu alır
Bir müddət əvvəl adı “Qəbələ” ilə yanaşı hallanan azərbaycanlı futbolçu Rusiyanın “Anji” klubuna keçir. Apasport.az saytının məlumatına görə, Ukrayna millisinin sabiq üzvü, əslən azərbaycanlı olan Aleksandr Əliyev Mahaçqala təmsilçisi ilə müqavilə bağlamağa yaxınıdır.

Bu barədə “Anji”nin baş məşqçisi Hacı Hacıyev açıqlama verib. 28 yaşlı yarımmüdafiəçi özü də Rusiya mətbuatına müsahibəsində xəbəri təsdiqləyib.

Qeyd edək ki, Aleksandr Əliyev ötən mövsümə “Dnepr”də başlasa da, dövrələrarası fasilədə müqavilə ilə məxsus olduğu Kiyev “Dinamo”ya dönüb. Lakin rəhbərlik onu əvəzedici komandaya göndərməyi lazım bilib. Qış fasiləsində transferə çıxarılan soydaşımızın karyerasını davam etdirəcəyi klublar arasında “Qəbələ”nin də adı çəkilirdi. Lakin hər iki tərəf əməkdaşlıqda maraqlı olmadıqlarını açıqlamışdılar.