Azərbaycan futbolçuları Belarusla görüşəcək
09.01.2014 - 16:53
Azərbaycan futbolçuları Belarusla görüşəcək
1996-cı il təvəllüdədək futbolçulardan ibarət komandalar arasında keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə çıxış edən Azərbaycan yığmasının son rəqibi məlum olub. Apasport.az saytının məlumatına görə, Nikolay Adamın yetirmələri 13-cü yer uğrunda matçda Belarusla görüşəcək.

Bu gün Moldova yığmasını 3:0 hesabı ilə udan Belarusla qarşılaşma yanvarın 11-də keçiriləcək. Oyun saat 14:15-də başlayacaq.

Qeyd edək ki, millimiz bu gün Latviya ilə 1:1 hesabı ilə nəticələnən matçın penaltilər seriyasında qalib gəlib – 3:0.