“Bakı” hazırlığa başladı - FOTOSESSİYA
09.01.2014 - 17:16
Qış tətilini başa vuran “Bakı” bu gün bir araya gəlib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, plana əsasən komanda iki məşq keçib.
Əvvəlcə saat 11:00-da klubun təlim-məşq bazasında baş tutan hazırlığa köməkçi məşqçi Mario Fernandes rəhbərlik edib.
Öncə isinmə hərəkətlərinə yer verən çalışdırıcı ardından futbolçuları 3 qrupa bölərək onları meydanboyu qaçırdıb. Birsaatlıq yüngül və sürətli qaçışın ardından oyunçular dartınma hərəkətlərini icra edib. Bununla da “Bakı” yeni ildə ilk məşqini başa vurub.
Saat 15:00-da isə futbolçular trenajor zalında çalışıb.
Qeyd edək ki, “Bakı” yanvarın 11-də İspaniyaya təlim-məşq toplanışına yola düşəcək. Yanvarın 26-na kimi İspaniyanın Marbelya şəhərinin “Quadalmina” otelində məskunlaşacaq komanda bu müddətdə 4 yoldaşlıq görüşü keçirməsi nəzərdə tutulur. Sınaqçı-rəqiblərin adları yaxın günlərdə dəqiq bilinəcək.

0
0