Gizli silah – FOTO
09.01.2014 - 17:58
“Əvvəlcə, ötən oyunda futbolçumuza göstərilmiş qırmızı vərəqə ilə bağlı səsləndirdiyim fikrə qayıdaraq üzr istəyirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nikolay Adam deyib.
Almaniyalı mütəxəssis Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirin Latviya ilə oyunu haqda fikirlərini açıqlayıb: “Həmin epizodda rəqib futbolçu oyundankənar vəziyyətdə deyildi və qırmızı vərəqə qaydalar çərçivəsində göstərilmişdi. Bu gün qarşılaşmadan əvvəl futbolçulara demişdim ki, oyunu udmaq lazımdır. Təəssüf ki, biz oyunu yox, penalti seriyasını udduq”.
Adam 1:1 hesabı ilə başa çatan matçın penaltilər seriyasının qəhrəmanı olan qapıçımızın millinin gizli silahı olduğunu açıqlayıb: “Ağaseyid Qasımovun penalti zərbələrini dəf etməkdə daha bacarıqlı olduğunu bilirdim. Oyunun son dəqiqələrində bu səbəbdən onu meydana buraxdıq. Penalti seriyasında qalib gəlmək psixoloji baxımdan nə qədər faydalı olsa da, düşünürəm ki, biz 11 metrlik zərbələri deyil, oyunumuzu təhlil etməliyik”.
Qeyd edək ki, 13-16-cı yerlər uğrunda mübarizənin ilk oyununda millimiz penaltilər seriyasında qalib gəlib – 3:0.

0
0