“Bundan sonra hadisələr əleyhimizə cərəyan etdi”
09.01.2014 - 18:02
“Bu komandada qısa müddətdir ki, çalışıram. Yəqin ki, müşahidə etdiniz, bu gün oyunun gedişində futbolçulara, demək olar ki, heç nə demirdim. Bununla, əslində, adətimə xilaf çıxdım. Çünki adətən oyun boyu lazımi göstərişlər verirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Latviya millisinin baş məşqçisi Vladimir Babiçev deyib.
Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI turnirdə 1996-cı il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu Latviyaya qarşı kemirib. Qrup sonuncusu olduğu üçün 13-16-cı yerlər uğrunda mübarizə aparan yığmamız Baltikyanı ölkə təmsilçisini penalti seriyasında məğlub edib (1:1, pen. 3:0).
Oyundan sonra təşkil edilən mətbuat konfransında rəqib komandanın çalışdırıcısı bunları deyib: “Bugünkü susqunluğumun məqsədi komandanın kənar müdaxilə olmadan müxtəlif vəziyyətlərdə necə davranmasını müşahidə etmək idi. Heyətdə əsl liderlərin olub-olmamağını müəyyənləşdirmək istəyirdim. Oyundan əvvəl də, fasilədə də futbolçulara demişdim ki, qələbə uğrunda son ana qədər mübarizə aparmaq lazımdır. Çünki heç bir rəqib qələbəni hədiyyə etmir. Hesabın bərabərləşməsi oyunda dönüş nöqtəsi oldu. Bundan sonra hadisələr əleyhimizə cərəyan etdi və penalti seriyasında məğlub olmağımız bunun məntiqi nəticəsidir”.

0
0