25-ci oyun, 5-ci seriya, 40-cı qol
09.01.2014 - 18:37
25-ci oyun, 5-ci seriya, 40-cı qol
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdə çıxış edən 19 yaşadək futbolçulardan ibarət millisi üçün Latviya ilə bugünkü qarşılaşma əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 6-cı dəfə turnirə qatılan yığmamız yarışda ümumilikdə 25-ci matçına çıxıb. Yubiley oyunundakı 1:1 hesablı heç-heçə zamanı buraxılan qol turnirdə rəqiblərimizin vurduğu 40-cı top olub.

Nikolay Adamın yetirmələri Baltikyanı ölkə təmsilçisini penaltilər seriyasında məğlub edib – 3:0. Bununla da komandamız turnirdə 5-ci dəfə oyun sonrası “lotereya”nın iştirakçısı olub. Ardıcıl 5 turnirdir bəxtini burada sınayan komandamız 3-cü dəfədir penaltilərlə qalib gəlir. 2 matçda isə rəqib daha dəqiq olub.

10.01.2010. Özbəkistan - 1:1, pen. 4:3
09.01.2011. İtaliya - 2:2, pen. 5:3
08.01.2012. Litva - 1:1, pen. 5:6
13.01.2013. Belarus - 1:1, pen. 3:5
09.01.2013. Latviya - 1:1, pen. 3:0