“Bavariya”dan növbəti müqavilə
09.01.2014 - 20:40
“Bavariya”dan növbəti müqavilə
“Bavariya” Robert Levandovskidən sonra növbəti futbolçu ilə heyətini gücləndirib. Apasport.az Almaniya mətbuatına istinadən xəbər verir ki, münhenlilər “Ayntraxt”ın (Frankfurt) 23 yaşlı yarımmüdafiəçisi Sebastyan Rode ilə müqavilə bağlayıb.

Bu sözləşməyə əsasən Rode cari mövsümün sonunda azad agent olaraq Münhen klubuna keçəcək.

Qeyd edək ki, alman futbolçu 2010-cu ildən Frankfurt təmsilçisində çıxış edir. Onun klubu ilə müqaviləsi mövsüm sonunda başa çatacaq.