“Spartak”ın yarımmüdafiəçisi türk klubunda
09.01.2014 - 21:44
“Spartak”ın yarımmüdafiəçisi türk klubunda
Moskva “Spartak”ının təcrübəli futbolçusu Kim Çelstrom karyerasını Türkiyə Superliqasında davam etdirəcək. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, “Bursaspor” 31 yaşlı yarımmüdafiəçi və klubu ilə ilkin razılığa gəlib.

Məlumatlara görə “ağ-yaşıllar” bu keçid üçün rus klubuna 2.5 milyon avro ödəyəcək və futbolçu ilə 3 illik müqavilə bağlayacaq.

Qeyd edək ki, İsveç millisinin də üzvü olan Çelstrom 2012-ci ilə Fransanın “Lion” klubundan “Spartak”a keçmişdi.