“Bakı”nın futbolçuları “Lans”da məşqlərə qatıldı - FOTO
09.01.2014 - 22:18
Xəbər verdiyimiz kimi, “Bakı” Futbol Akademiyasının 4 yetirməsi bu günlərdə “Lans”ın düşərgəsinə yola düşüb. Apasport.az klub saytına istinadən xəbər verir ki, artıq futbolçular - Valeh Seyidov və Ülvi Süleymanov “sarı-qırmızılar”ın U-19 komandası ilə birgə təlim-məşq toplanışına qoşulub. Onlara olan ümidləri doğrultmağa çalışan paytaxt təmsilçisinin üzvlərinin hazırlığı Fransa klubunun məşqçilər korpusunu razı salıb.
Hər iki futbolçunun komandanın qarşıdakı günlərdə keçirəcəyi yoxlama oyunlarında meydana çıxması gözlənilir. Artıq “Lans” rəsmi saytı vasitəsi ilə onların təqdimatını keçirib.
Hər iki futbolçunun komandanın qarşıdakı günlərdə keçirəcəyi yoxlama oyunlarında meydana çıxması gözlənilir. Artıq “Lans” rəsmi saytı vasitəsi ilə onların təqdimatını keçirib.
0
0