Xavi: “Atletiko” ilə oyun bizim üçün həyati önəm daşıyır
09.01.2014 - 23:35
“Barselona”nın təcrübəli futbolçusu Xavi Hernandes ən yaxın təqibçiləri “Atletiko” ilə keçirəcəkləri oyunla bağlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan 33 yaşlı yarımmüdafiəçi bu matçın onlar üçün həyati önəm daşıdığını deyib:
“Atletiko” ilə oyun bizim üçün həyati önəm daşıyır. Çempionatda iddialı olduğumuzu göstərmək üçün bu bir şansdır. Biz oyuna yaxşı formada çıxmalıyıq. “Atletiko”nun evdə oynaması da onları daha güclü edəcək. Çətin görüş olacaq, amma çalışacağıq ki, indiyə kimi təqdim etdiyimiz ən layiqli oyunumuzu göstərək və qalib gələk”.
Qeyd edək ki, “Atletiko” – “Barselona” qarşılaşması İspaniya La Liqası çərçivəsində yanvarın 11-də keçiriləcək. Hər iki klub eyni (49) xala sahib olsa da, kataloniyalılar top fərqinə görə turnir cədvəlinin 1-ci sırasında qərarlaşır.

0
0