“Roma”nın futbolçusu Kanada klubuna keçir
10.01.2014 - 00:25
“Roma”nın futbolçusu Kanada klubuna keçir
“Roma”nın təcrübəli futbolçusu Maykl Bredli karyerasını Kanadada davam etdirəcək. Apasport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Toronto” 26 yaşlı yarımmüdafiəçi və klubu ilə razılığa gəlib.

Məlumatlara görə amerikalılar bu keçid üçün paytaxt klubuna 7 milyon avro ödəyəcək.

Qeyd edək ki, ABŞ millisinin də üzvü olan Bredli 2012-ci ildə digər İtaliya A Seriyası təmsilçisi “Kyevo”dan “Roma”ya keçib.