Roberto Karlosdan futbolçumuza son şans
10.01.2014 - 02:38
Roberto Karlosdan futbolçumuza son şans
Xəbər verdiyimiz kimi, “Sivasspor” rəhbərliyi Azərbaycan millisinin hücumçusu Cihan Özkaranı “Dənizlispor”a göndərmək qərarını vermişdi. Apasport.az saytının məlumatına görə, baş məşqçi Roberto Karlos bu keçidə mane olub.

Belə ki, braziliyalı çalışdırıcı Antalyadakı təlim-məşq toplanışından sonra Cihanla münasibətlərinə aydınlıq gətirəcək. Karlos bu çalışma müddətimdə özünü yaxşı tərəfdən göstərməsi üçün futbolçumuza son şans verib. Əgər , o, verilən imkanı lazımınca dəyərləndirə bilməsə, mövsüm sonuna kimi 1-ci dəstə təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, Superliqa klubu “Sivasspor” 3 futbolçusunu mövsümün sonuna kimi “Dənizlispor”a icarəyə verəcəkdi və bunlar arasında Özkara da vardı. İndi həmin futbolçuların taleyinə məşqçilər korpusu aydınlıq gətirəcək.