“Çelsi” Hazardsız qala bilər
10.01.2014 - 03:37
“Çelsi”nin futbolçusu Eden Hazard karyerasını Fransa çempionatında davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə İngiltərə mətbuatı xəbər yayıb.
Belə ki, yarımmüdafiə xəttində yaradıcı oyunçuya ehtiyacı olduğunu rəhbərliyə bildirən Paris klubunun baş məşqçisi Loran Blan belçikalını komandasında görmək istəyir. London klubu, xüsusilə də baş məşqçi Joje Mourinyo 23 yaşlı yarımmüdafiəçini göndərmək istəməsə də, parislilər çox iddialıdır. Fransa təmsilçisinin bu keçidi reallaşdırmaq üçün 60 milyon avroluq təklif göndərəcəyi deyilir.
Qeyd edək ki, Belçika millisinin də üzvü olan Hazard 2012-ci ildə Fransa təmsilçisi “Lill”dən ingilis klubuna keçmişdi.

0
0