Afrikanın ən yaxşısı müəyyənləşdi, Droqba...
10.01.2014 - 04:20
Afrikanın ən yaxşısı müəyyənləşdi, Droqba...
Afrika Futbol Konfederasiyası 2013-ci ilin ən yaxşı futbolçusunun adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu bununla bağlı keçirdiyi sorğuda “Mnaçester Siti”nin və Fildişi Sahili millisinin üzvü Yaya Ture hamını qabaqlayıb.

Belə ki, 30 yaşlı yarımmüdafiəçi 373 səs toplayaraq buna nail olub. “Çelsi”nin nigeriyalı futbolçusu Con Obi Mikel ikinci (265 səs), “Qalatasaray”ın fildişi sahilli hücumçusu Didye Droqba isə 3-cü (236 səs) pillədə qərarlaşıb.

Qeyd edək ki, Ture dalbadal 3-cü dəfə bu mükafata layiq görülüb.