Pepe ingilis klubu ilə müqavilə bağladı
10.01.2014 - 06:40
Pepe ingilis klubu ilə müqavilə bağladı
İngiltərə Premyer Liqasında çıxış edən “Vest Bromviç” yeni baş məşqçisinə qovuşub. Apasport.az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Belə ki, ötən ay Stiv Klarkla yolları ayıran rəhbərlik bu posta ispaniyalı mütəxəssis Pepe Meli təyin edib. Klub 50 yaşlı çalışdırıcı ilə il yarımlıq (1.5) müqavilə bağlayıb.

Qeyd edək ki, hazırda “Vest Bromviç” 21 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşır. Pepe isə son olaraq ölkəsinin “Betis” klubunu çalışdırıb.