“Mançester Yunayted”in sabiq forvardı “Trabzonspor” yolunda
10.01.2014 - 07:33
Bir dönəm “Mançester Yunayted”də də çıxış edən “Hannover”in təcrübəli hücumçusu Mame Diuf karyerasını Türkiyə Superliqasında davam etdirə bilər. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, “Trabzonspor” 26 yaşlı futbolçuya elçi düşüb.
Belə ki, hücum xəttində problemlər yaşayan Qara dəniz təmsilçisi bu məsələni seneqallı ilə həll etmək fikrindədir. Məlumatlara görə “bordo-mavilər” bu keçid üçün alman klubuna 3 milyon avro təklif edib və hazırda danışıqlar davam edir.
Qeyd edək ki, təcrübəli forvard 2012-ci ildə “Mançester Yunayted”dən “Hannover”ə keçib. O, cari mövsüm Almaniya Bundesliqasında 12 matça çıxıb və 5 qol, 2 qol ötürməsi ilə fərqlənib.

0
0