Tuğrul Erat: Foqts məni əsas yığmada görmək istəyir
10.01.2014 - 09:35
Tuğrul Erat: Foqts məni əsas yığmada görmək istəyir
“Berti Foqts məni tezliklə Azərbaycanın əsas yığmasında görmək istəyir”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının futbolçusu Tuğrul Erat deyub.

II Bundesliqada çıxış edən Düsseldorf “Fortuna”sının şərəfini qoruyan Almaniya türkü milliləşməsi haqda danışıb: “Kökümdə Azərbaycanla heç bir bağlılığım yox idi. Özüm Nettetalda anadan olmuşam və türkəm. Lakin U-21-in baş məşqçisi məni heyətində görmək istəyirdi. Milliləşməyim isə çox asan oldu. Onlara bir şəkil və bir neçə sənəd yolladım. Cəmi 2 həftə sonra mən azərbaycanlı idim”.

Qeyd edək ki, Erat Avro-2015-in seçmə mərhələsində U-21-in heyətində keçirdiyi 4 oyunda 3 qol vurub.