“Əcnəbi mütəxəssisin əleyhinəyəm”
10.01.2014 - 10:53
“Əcnəbi mütəxəssisin əleyhinəyəm”
“Düşünürəm ki, “Rubin”ə məşqçi postunda soyuq baş və möhkəm əl lazımdır. Belə xüsusiyyətlər isə hər çalışdırıcıda olmur. Xüsusilə də hazırda işsiz olan mütəxəssislər arasında”. Apasport.az saytının məlumatına görə, bu sözləri rusiyalı televiziya şərhçisi Vsevolod Dvorkin deyib.

Futbol eksperti kimi çıxış edən rusiyalı Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun çıxış etdiyi Kazan “Rubin”inin boş qalan baş məşqçi postuna namizədini açıqlayıb. Dvorkin “Qəbələ”nin baş məşqçisi Yuri Syomini bu posta ideal namizəd sayır: “Xarakterə malik, açıq, təcrübəli və xarizması olan – məncə belə məşqçi Yuri Syomindir. Düzdür, bu mütəxəssis hazırda “Qəbələ”də çalışır. Lakin Tatarıstanla Azərbaycan arasındakı dostluq münasibətlərini nəzərə alsaq, bu məsələdə razılıq əldə etmək mümkündür. Mən əcnəbi mütəxəssisin əleyhinəyəm. Rusiya klublarını futbolumuzu daha yaxşı bilən yerli məşqçilər qaydasına sala bilər. Bundan sonra Syomin istirahət etmək istəsə, onda formalaşmış komandada əcnəbi sınamaq olar”.