“Qəbələ” heç-heçə ilə başladı - YENİLƏNİB
10.01.2014 - 19:53
“Qəbələ” heç-heçə ilə başladı - YENİLƏNİB
Yanvarın 6-dan Türkiyədə hazırlıqlara başlayan “Qəbələ” burda ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Yuri Syomin ilk rəqibin zəif olmasını istədiyindən təmsilçimiz yerli çempionatın III dəstəsində çxıış edən “Maltəpəspor”la görüşüb.

Türkiyə Cümhuriyyətinin qurulduğu ildə - 1923-də yaradılan klub İstanbul təmsilçisi ilə matçda hesabı “Qəbələ” açıb. Syominin yetirmələrini Yannik Kamananaın ilk yarıda vurduğu qolla irəli çıxarıb. Lakin türkiyəlilər afsilədən sonra bərabərlik qolunu vura bilib – 1:1.

Qeyd edək ki, “Qəbələ” yanvarın 13-də “Tobol”, 16-da “Konyaspor”, 20-də Semey “Spartak”ı, 22-də “Volqa”, 25-də Moskva “Torpedo”su ilə qarşılaşmağı nəzərdə tutub.



10 yanvar
“Maltəpəspor” (Türkiyə) - “QƏBƏLƏ”- 1:1
Qollar: Enes, 90- Kamanan, 27
"Gloria" meydançası