“Levski”nin futbolçusuna Azərbaycandan “müştəri” çıxdı
10.01.2014 - 12:23
“Levski”nin futbolçusuna Azərbaycandan “müştəri” çıxdı
Bolqarıstanın “Levski” klubunun futbolçusu Orlin Starokin karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 2 gün əvvəl 27 yaşını qeyd edən müdafiəçi bir neçə klubumuzun maraq dairəsinə düşüb.

Bolqarıstan mətbuatının iddiasına əsasən təmsilçilərimizdən biri futbolçuya hansı şərtlərdə Sofiya klubun tərk etməyə razı olduğunu da soruşub. Müqaviləsi yayda başa çatacaq Orlin isə hələ qərar verməyə tələsmir.

Qeyd edək ki, əvvəllər “Naftan” və Burqas “Çernomorets”ində çıxış edən Starokin 2011-ci ildən “Levski”nin formasını geyir.