“Azərbaycan klubları məni öz heyətində görmək istəyir”
10.01.2014 - 14:29
“Azərbaycan klubları məni öz heyətində görmək istəyir”
“Öz oyunumdan tam razıyam. Nümayiş etdirdiyim oyun diqqətdən də kənar da qalmayb”. Apasport.az saytının məlumatına görə, bu sözləri Serbiyanın “Voyvodina” klubunun futbolçusu Enver Aliyodiç deyib.

30 yaşlı hücumameylli yarımmüdafiəçi vətənində verdiyi müsahibədə Azərbaycandan təklif aldığını açıqlayıb. Lakin orta sahə oyunçusu ötən il keçdiyi klubu tərk etməyə tələsmir: “Özümü yaxşı tərəfdən göstərməyimin nəticəsidir ki, müxtəlif klubların maarq dairəsinə düşmüşəm. Türkiyə, Azərbaycan və Qazaxıstan klubları da məni öz heyətində görmək istəyir. Lakin mən yalnız “Voyvodina” haqda düşünürəm. Heç nəyə görə mühitimi dəyişmək istəmirəm”.

Qeyd edək ki, Aliyodiç 2013-cü ildə “Voyvodina”nın heyətində 28 oyunda 8 qol vurub.