“Qəbələ”nin 2 legioneri bu gün oynaya bilməyəcək
10.01.2014 - 15:31
Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün keçirəcəyi yoxlama oyununda 2 futbolçusunun xidmətindən yararlana bilməyəcək. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, hollandiyalı Lorentso Ebesilio və nigeriyalı İbrahima Niasse zədəlidir.
Hər 2 futbolçu bu gün “Qəbələ”nin səhər məşqində iştirak etməyib. Həmin legionerlər komandanın əvvəlki məşqləri zamanı yüngül zədə aldıqlarından, məşqçilər heyəti bu futbolçuları oynatmaqla risk etmək istəmir.
Qeyd edək ki, “Qəbələ” bu gün Türkiyənin aşağı dəstə təmsilçisi “Maltəpəspor”la yoxlama oyunu keçirəcək. Bölgə klubunun İstanbul təmsilçisi ilə görüşü Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Səbuhi TOFİQOĞLU
Bələk

0
0