Vaqif Sadıqov: Onunla bir neçə klub maraqlanır
10.01.2014 - 15:44
“Hazırlığın birinci mərhələsini sabah başa vuracağıq”. Bu sözləri apasport.az saytına AZAL klubun baş məşqçisi Vaqif Sadıqov deyib.
Topaz Premyer Liqasının ikinci hissəsini Bakıda keçirən AZAL məşqlərini Şüvəlanda davam etdirir. Yanvarın 6-da bir araya gələn paytaxt təmsilçisi ilkin mərhələni sabah başa vuracaq. Baş məşqçi yetirmələrinə gündə iki məşq keçir. Komanda sabah ikitərəfli oyunda gücünü sınayacaq.
Baş məşqçi Viktor İqbekoyi istisna olmaqla qalan legionerlərin hazırlığa qoşulduğunu da bildirdi. Nigeriyalı isə hava şəraiti ilə əlaqədar təyyarə reyslərinin təxirə salınması üzündən gecikib.
Sadıqov hazırlığın ikinci mərhələsində baxışa bior neçə futbolçunun gələcəyini də vurğuladı: “Baxışa futbolçular gələcək. Düzdür, indi düşərgəmizdə bir neçə əcnəbi var. Ancaq biz gözləyən futbolçular gələn həftə Bakıya gələcəklər. Onlar müxtəlif ölkələrdən olacaqlar. Serbiya, Braziliya, Bosniya və Herseqovina, ABŞ, eləcə də postsovet ölkələrindən gələcəklər”.
Sonda mütəxəssis bir neçə klubun diqqət mərkəzində olan Ruslan Məcidovun transferinə də aydınlıq gətirib: “Ruslan Məcidovun xidmətində bir neçə klub maraqlıdır. Ancaq onu buraxmaq fikrimiz yoxdur. Qapıçı hələ bizə lazımdır”.

0
0