“Qəbələ” ilk oyunda darmadağın oldu
10.01.2014 - 16:41
“Qəbələ”nin yeniyetmələrdən ibarət komandası Türkiyə toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, U-17 Liqanın qalibi kimi AFFA-nın hesabına qonşu ölkəyə yollanan əyalət təmsilçisi Şotlandiyanın 20 yaşadək futbolçulardan ibarət “Hibernian” klubu ilə qarşılaşıb.
Böyük Britaniya təmsilçisi bu matçdan böyük hesablı qələbə ilə ayrılıb. Belə ki, Şotlandiya futbolçuları təmsilçimizin qapısından 5 cavabsız qol keçirib. Qollardan ikisini Teylor Hendri vurubsa, Cey Doyl, Bob Uilson və Qaret Makkefri hərəyə 1 dəfə fərqlənib.
Qeyd edək ki, “Qəbələ” yanvarın 11-də digər Şotlandiya təmsilçisi “Seltik”lə üz-üzə gələcək.

0
0