“Xəzər Lənkəran” Rusiyaya yollandı
10.01.2014 - 16:53
“Xəzər Lənkəran” Rusiyaya yollandı
“Xəzər Lənkəran” klubunun əvəzedici heyəti şimala üz tutub. Apasport.az klubun saytına istinadən xəbər verir ki, “ağ-yaşıllar” Rusiyanın cənubunda yerləşən Krasnodar vilayətinin Krımsk şəhərində təlim-məşq toplanışı keçəcəklər.

“Ağ-yaşıllar” yanvarın 24-dək Rusiyada qalacaqlar. Toplanış müddətində 5 yoxlama oyunu keçirəcək əvəzedici komanda daha sonra hazırlığını Lənkəranda davam etdirəcək.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın əsas komandası hazırda Türkiyənin Antalya şəhərində hazırlıq keçir.