Dənizli məşqdə kiminlə öpüşdü?
10.01.2014 - 16:54
Dənizli məşqdə kiminlə öpüşdü?
Antalyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” bu gün növbəti məşqinə çıxıb. Apasport.az saytının xəbərinə görə, “ağ-yaşıllar”ın “İC Santai” otelinin meydançasında baş tutan məşqi təxminən saat yarım çəkib.

Futbolçular müxtəlif fizik təmrinləri yerinə yetirdikdən sonra ikitərəfli oyunda üz-üzə gəliblər. Rumıniyalı legioner Adrian Pit zədə səbəbindən məşqə qatılmayıb. Yeni transfer Slavik Alxasov isə əzələsini dartaraq, oyunu yarımçıq saxlayıb.

Bu arada yaxınlıqdakı meydançada hazırlıq keçən “Hannover 96” klubunun baş məşqçisi Tayfun Korkut cənub təmsilçisinin düşərgəsinə baş çəkib.

Bundesliqa təmsilçisinin çalışdırıcısı “ağ-yaşıllar”ın “sükanı arxası”nda olan həmyerlisi Mustafa Dənizli və onun köməkçisi Oğuz Çətinlə mehribancasına görüşdülər. Qısa çəkən söhbətin sonunda Dənizli Korkutu komandanın məskunlaşdığı “Ela Quality Resort” otelinə dəvət edib.