“Mançester Yunayted”in futbolçusu “şəhid kəməri” ilə yaxalandı
10.01.2014 - 17:09
“Mançester Yunayted”in futbolçusu “şəhid kəməri” ilə yaxalandı
İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Kris Smollinq qalmaqala səbəb olacaq hərəkətə yol verib. Apasport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi evində keçirdiyi gecə zamanı əynində “şəhid kəməri” ilə çəkdirdiyi fotoşəkil mətbuata sızıb.

İngiltərənin "Sun" qəzeti sözügedən şəkli yayınladıqdan sonra Smollinq qınaq obyektinə çevrilib. Nəticədə futbolçu ictimaiyyətdən üzr istəməli olub.