“Fənərbaxça” - “Neftçi” oyununun biletləri satışa çıxarıldı
10.01.2014 - 17:16
Azərbaycan çempionu “Neftçi”nin Antalyada Türkiyə “Fənərbaxça”sı ilə keçirəcəyi yoxlama oyununa giriş biletlə olacaq. Apasport.az saytının məlumatına görə, yanvarın 18-də Mardan stadionunda baş tutacaq qarşılaşmanın biletləri artıq sarışa çıxarılıb.
Matçı izləmək istəyənlər 10-40 Türkiyə lirəsi ödəməli olacaq. Belə kİ. Qapı arxasındakı yerlər biletləri qiyməti 10, yan xəttə paralel tribunalara isə 20 lirə olacaq. “Fənərbaxça” – “Neftçi” oyununu VİP-lojadan izləmək istəyənlər isə 40 lirə ödəməli olacaq.
Qeyd edək ki, “Fənərbaxça”nın yanvarın 16-da Almaniya “Hannover”i və 2 gün sonra baş tutacaq oyunlarının biletlərinin qiyməti arasında fərq qoyulmayıb.

0
0