Yılmaz Vural: Gəlin, sizə “Rəvan”dan aldığım “sms”i göstərim
10.01.2014 - 17:27
“Güvənç Kurtardan əvvəl “Rəvan”dan mən təklif almışdım. Amma bu klubun təklifini qəbul etmədim”. Bunu apasport.az saytına türkiyəli məşqçi Yılmaz Vural deyib.
Bu gün Antalyada “Gloria Golf” otelində Türkiyə Spor Yazarları Dərnəyinin “51-ci il idmanın zirvəsi” adlı seminarı baş tutub. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşı da bu seminarda iştirak edib.
Seminarda Şenes Erzik, Roberto Mançini, Slaven Biliç, Şota Arveladze və Roberto Karlos kimi ünlü simalar iştirak edib və fikirlərini çatdırıb.
Tədbirin fasiləsində iştirakçılardan olan Vural növbəti dəfə ölkəmizdən təklif almasından danışıb: “Mənə inanmırsınızsa, gəlin, sizə “Rəvan” rəsmisinin mənə göndərdiyi SMS-i göstərim. Samir Məliksoy adlı bir adam məndən “Rəvan”a baş məşqçi gəlməyimi istəmişdi. Dekabrın 31-də onunla söhbət etdik. Soruşdum, klubun iddiaları necədir. O dedi ki, hazırda 9-cu pillədə olsaq da, aşağı dəstəyə düşməyəcəyik. Ancaq mən bildiyimə görə, bu sırada bitirsələr, pley-off oynamalıdırlar. Mən hədəfləri bəlli olmayan bir klubla işləmək istəmədim. Həm də maliyyə baxımından çox aşağı pul təklif edirdilər. Ona görə də təklifi qəbul etmədim. Ancaq sonradan eşitdim ki, Kurtarla əlaqə saxlayıb onu komandaya baş məşqçi təyin ediblər”.
Qeyd edək ki, Yılmaz Vural sabah adıçəkilən seminarda Samet Aybaba və Fatih Terim kimi baş məşqçilərlə birgə iştirak edəcək.

0
0